Şənbə, 19.10.2024, 03:55
 
Ana sehife QEYDIYYAT GIRISH
Xos geldiniz, Qonag · RSS
<()?>
Menyu
Меню сайта
Xeberler
Sekiller [2]
Musik [5]
Maraqli [0]
Yumor [1]
Avto [0]
Love [0]
Telefonlar [2]
Programlar [1]
Bizim reklamiz [1]
Anti Narkomaniya [1]
Chat
200
Ses Ver
SeS VeRiN!
 
Ana sehife » 2009 » Mart » 9 » AZƏRBAYCAN RESPUBLİKASININ
AZƏRBAYCAN RESPUBLİKASININ
17:17

AZƏRBAYCAN RESPUBLİKASININ


NAZİRLƏR KABİNETİ


Qərar№ 198    14/04/1993 il


 


Azərbaycan Respublikasında narkomanlığa qarşı mübarizənin Ümummilli proqrammı haqqında


 


Azərbaycan Respublikası Nazirlər Kabineti QƏRARA ALIR:


 


1. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il oktyabr tarixli 253 nömrəli Fərmanının 1-ci bəndinə müvafiq olaraq əlaqədar nazirliklər, komitələr və təşkilatlarla razılaşdırılmış Nazirlər Kabineti yanında Narkomanlığa və Narkobiznesə Qarşı Mübarizə üzrə İdarələrarası Komissiya tərəfindən bəyənilmiş narkomanlığa qarşı mübarizənin Ümummilli proqrammı təsdiq edilsin (əlavə olunur).


 


2. Nazirliklərə, komitələrə, təşkilatlara tapşırılsın ki, Maliyyə Nazirliyi ilə birlikdə proqramın maliyyələşdirilməsi üçün müxtəlif mənbələri, o cümlədən dövlət büdcəsindən və yerli büdcələrdən məqsədli təxsisatları, nazirliklərin və baş idarələrin vəsaitinin, habelə büdcədənkənar vəsaiti (qeyri-hökumət təşkilatların və vətəndaşların könüllü ianələri, müəssisələrin ayırmaları və s.) müəyyən etsinlər.


 


Baş nazirin səlahiyyətlərini icra edən Ə.Məsimov


 


 


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 14 aprel tarixli 198 nömrəli qərarı ilə təsdiq edilib


 


Azərbaycan Respublikasının narkomanlığa qarşı mübarizənin Ümummilli


 


P R O Q R A M I


 


Narkotik maddələrdən qanunsuz istifadə və onların dövriyyəsi hazırda bütün dünya ictimaiyyətinin həyəcanlandıran Ən ciddi problemlərdəndir. Bu gün planetdə elə yer yoxdur ki, orada bu təhlükəli təzahür özünün mənfi təsirini göstərməmiş olsun. Narkomanlığın yayılmasının qarşısını almaq üçün mübarizə yollarını birləşdirən beynəlxalq təşkilatlar yaradılıb fəaliyyət göstərir, dövlətlərin birgə fəaliyyət proqramları qəbul olunur və həyata keçirilir. BMT Baş Məclisi narkotiklərdən qanunsuz istifadəyə qarşı mübarizə 10 illiyi (1991-2000) elan edərək, hər bir hökumətə müvafiq milli proqram işləyib hazırlamağı və ona uyğun tədbirlər görməyi təklif etmişdir.


 


Narkomanlıq və onunla bağlı cinayətkarlıq respublikamızda nəzərəçarpacaq dərəcədə artaraq, cəmiyyətin inkişafına mənfi təsir göstərən ciddi sosial bəlaya çevrilməkdədir. Narkotiklərdən qeyri-tibbi istifadə edən şəxslərin sayı bir qayda olaraq çoxalır. Sosial araşdırmalar göstərir ki, hazırda onların sayı 100 min nəfərdən çoxdur və hətta proqnozlaşdırmaya görə, 2000-ci ilədək belələrinin ikiqat artacağı gözlənilir. Narkomanlığın gənclər arasında yayılması xüsusi narahatlıq doğurur. Narkotiklərdən qeyri-tibbi məqsədlərlə istifadəyə görə uçota alınların təqribən üçdə ikisi məhz 30 yaşına çatmayanlardır.


 


Narkomanlıqla bağlı cinayətkarlıq sürətlə artmaqdadır. Son on il ərzində respublikada belə cinayətkarların sayı təqribən iki dəfə çoxalmışdır. Narkotiklərdən istifadəyə meylin artması, eləcə də onların kəskin surətdə bahalaşması narkotik maddələrin satışı ilə mütəşəkkil məşğul olan cinayətkar birləşmələrin çoxalmasına və onların daha geniş əl-qol açmasına əlverişli şərait yaradır.


 


Bu proseslərdə beynəlxalq narkomafiyanın iştirakı şəksizdir və onun daxili narkobiznesə himayəsi danılmazdır. Belə ki, ekspertlərin rəyinə görə, narkotik maddələrin qanunsuz dövriyyəsindən alınan illik gəlir 3 milyard manatdır. Yerli və xarici narkoişbazaların cinayətkarlıqla əldə edilən gəlirlərdən gizli və leqal kommersiya strukturlarında faydalanmaq, hakimiyyət və idarəetmə orqanlarının korrupsiyaya qurşanması üçün istifadə etmək meylləri getdikcə daha bariz şəkildə özünü göstərir.


 


Keçid dövrünə məxsus sosial-siyasi ab-havanın, qeyri-sabit iqtisadi vəziyyət və mənəvi-psixoloji iqlimin pisləşdiyi, kütləvi şəkildə şüurda sosial yönümlərin itirildiyi, cinayətkarlığın artdığı, xüsusən gənclər arasında narkotiklərin qanunsuz yayılması, idarəolunmaz xarakter almaqla, cəmiyyət üçün real təhlükəyə çevrilə bilər.


 


Narkomanlığın yayılmasının miqyası və sürəti, narkotik maddələrin qanunsuz dövriyyəsinin geniş vüsəti göstərir ki, bu istiqamətdə görülən tədbirlər az səmərə verir. Müxtəlif dövlət strukturları arasında mövcud qarşılıqlı əlaqəli fəaliyyət sisteminə yenidən baxmağa ehtiyac var. İctimai təşkilatlar, birliklər və əmək kollektivlərinin də fəaliyyəti olduqca mənfidir. Həkim və psixoloqlar tərəfindən indiyədək narkomanlıq azarına tutulanların müalicəsini və sağlamlığını tam bərpa edən səmərəli metodlar işlənib hazırlanmamışdır. Narkotik bitkilərin qanunsuz əkinlərini aşkara çıxarıb ləğv etmək üçün zəruri texniki vasitələr, yabanı marixuana məhv etmək üçün ekoloji təmizliyə zərər gətirməyən müvafiq dərmanlar yoxdur. Narkomaniyaya qarşı mübarizədə mövcud qanunv ericilik təkmilləşdirilməli və onun beynəlxalq standartlara uyğunlaşdırılması təmin olunmalıdır. Respublikada hələ də antinarkotik təbliğat sistemi yaradılmamışdır. BMT-nin narkotiklərin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı qəbul etdiyi Ümumdünya tədbirlər proqrammı çərçivəsində beynəlxalq təşkilatların imkanlarından kifayət qədər istifadə olunmur.


 


Bəşəriyyətə ölüm havası gətirən narkomanlıq kimi dəhşətli vəbanın istər profilaktikası və istərsə də müalicəsi bir-biri ilə ciddi əlaqəli və təhlillərə əsaslanan sosial, təşkilati, tibbi və hüquqi xarakterli ümumdövlət tədbirlərinin həyata keçirilməsi yolu ilə mümkündür.


 


Narkomanlığa qarşı köklü fəaliyyətin sosial-profilaktiki, hüquqi, tibbi və təşkilati cəhətlərini əhatə edən respublika miqyaslı tədbirlər kompleksinin müntəzəm işlənib hazırlanması və həyata keçirilməsi narkotiklərdən sui-istifadəyə və onların qanunsuz dövriyyəsinə qarşı istiqamətlənən vahid dövlət siyasətinin əsası olmalıdır. Göstərilən tədbirlərin başlıca məqsədi bütün əlaqədar dövlət orqanlarının, ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının və vətəndaşların səylərini birləşdirmək yolu ilə respublikada narkoloji vəziyyəti sabitləşdirməklə narkomanlığa və onunla bağlı hüquqpozmaları mərhələlərlə azaldaraq cəmiyyət üçün minimum təhlükə səviyyəsinə endirməkdən ibarətdir. Birinci mərhələdə proqramın əhatə etdiyi tədbirləri həyata keçirmək nəzərdə tutulur.

 

 

Əsrin bəlası: narkomaniya


 


Onunla hamı mübarizə aparmalıdır


Narkomanlıq və narkobiznes cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan başlıca amillərdən biridir. Transmilli mütəşəkkil cinayətkarlığın, beynəlxalq terrorçuluğun maliyyələşdirilməsində əsas rol oynayan narkotiklərin qanunsuz dövriyyəsi, onunla mübarizəyə kompleks yanaşılmasını, bu işə bütün qüvvə, imkan və vasitələrin səfərbər olunmasını tələb edir. Qeyd edilənlərlə əlaqədar, eləcə də Azərbaycanın ərazisindən narkotiklərin Asiyadan Avropaya daşınması üçün istifadə olunmasına göstərilən cəhdlər, habelə narkoşəraitin təhlili nəzərə alınmaqla, respublikada narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin güclənməsinə xidmət edən qanunvericilik bazasının təkmilləşdirilməsinə, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, hüquq-mühafizə orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılmasına böyük diqqət yetirilir.


Ümummilli liderimiz Heydər Əliyevin imzaladığı “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 26 avqust 1996-cı il tarixli fərman, ”Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2006-cı ilədək Ümummilli Proqram” və digər aidiyyəti qanunlar, sərəncamlar, normativ aktlar narkotiklərlə mübarizənin əsas strateji xəttini müəyyənləşdirmişdir.


2005-ci ildə qəbul olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, həmçinin ”Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə”, eləcə də “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahılarının təsdiq edilməsi haqqında qanunlar bu sahədə dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin mövcud ictimai münasibətlərə uyğun şəkildə tənzimlənməsində mühüm əhəmiyyət kəsb edir.


2004-cü ilin yanvar ayında “Böyük İpək yolu dövlətlərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda Bakıda keçirilmiş beynəlxalq konfransın iştirakçılarına müraciətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd etmişdir ki, coğrafi mövqeyindən, ictimai-iqtisadi quruluşundan, inkişaf səviyyəsindən, mədəni və tarixi əlaqələrindən asılı olmayaraq elə bir ölkə yoxdur ki, dövrümüzün qlobal problemlərindən biri olan narkotiklərin qanunsuz dövriyyəsi ilə qarşılaşmasın. Bu, bir daha göstərir ki, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin səmərəliliyi üçün birgə səylərlə ciddi, kəskin, barışmaz və ardıcıl tədbirlərin həyata keçirilməsi olduqca zəruridir.


Qarşıya qoyulan vəzifələr baxımından, 2004-2005-ci illərin yekunları üzrə ölkədəki narkotik vəziyyətə dair əməliyyat şəraiti geniş təhlil edilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsi və onlardan sui-istifadə halları ilə mübarizə sahəsində nöqsan və çatışmazlıqların aşkar edildiyi şəhər-rayon polis orqanlarına müxtəlif məzmunlu göstərişlər göndərilmiş, müvafiq təhlil əsasında 24 şəhər-rayon polis orqanına əməli köməkliklər göstərilmişdir. Güclü təsirə malik narkotiklərin mənbəyinin aşkar olunması məqsədilə aşkar olunan hər belə fakt üzrə tövsiyələr hazırlanıb yerlərə göndərilmişdir


Belə tədbirlər cari ildə də davam etdirilərək “2005-ci ildə Azərbaycan Respublikasında narkotik vəziyyət barədə” icmal-arayış, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində mövcud olan problemlərin aradan qaldırılması məqsədilə ərazi polis orqanlarına əlavə göstərişlər, tövsiyələr çatdırılmışdır. Bundan başqa, Ümummilli Məlumat Bankına daxil edilmək üçün nəzərdə tutulan kartoçkalarla proqram təminatı arasında yaranmış uyğunsuzluqlar aradan qaldırılmış, ərazi polis və aidiyyəti dövlət orqanlarından alınan məlumatların həmin banka daxil edilməsi üzrə iş aparılmış və bu proses davam etdirilir.


Regional əməkdaşlığın gücləndirilməsi, narkotiklər üzərində hüquqi nəzarətin və əməliyyat üsullarının yerli şəraitə uyğun tənzimlənməsi, beynəlxalq nəzarətli göndəriş prosedurlarının, eləcə də narkotiklərlə bağlı kəşfiyyat məlumatlarının toplanılması və paylanması işinin yaxşılaşdırılması, bu sahədə polisin mübarizə qabiliyyətinin artırılması məqsədilə idarənin əməkdaşları bir sıra beynəlxalq təşkilatların təşkil etdiyi tədbirlərin fəal iştrakçısı olmuşlar. Bu baxımdan, 2005-ci il ərzində ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin İnkşaf Proqramı və Avropa Birliyi tərəfindən maliyyələşdirilən “Cənubi Qafqazda Narkotiklərə Nəzarət” (SCAD) regional yardım proqramının təşkil etdiyi müxtəlif məzmunlu elmi-praktiki konfransları, habelə Avstriyanın Vyana, Ukraynanın Kiyev, Türkmənistanın, Aşqabad və Rusiyanın Sankt-Peterburq şəhərlərində keçirilmiş beynəlxalq seminar və toplantıları, həmçinin Amerika Birləşmiş Ştatlarının maliyyə yardımı ilə Özbəkistan Respublikasının Daşkənd şəhərində təşkil olunmuş “Əfqanıstan narkotikinin daşınmasının qarşısının alınması” təlim əməliyyatını qeyd etmək olar.


Ötən il DİN-in kollegiya qərarları, müvafiq əmr və göstərişlərinin tələblərindən irəli gələn vəzifələrin icrasının vəziyyətini yerində öyrənmək məqsədilə əməkdaşlarımız qərb bölgəsindəki regional şöbəyə, Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinə, Bakının Əzizbəyov, Suraxanı, Nizami, Xətai rayon polis idarələrinə, Siyəzən, Nizami (Gəncə), Kəpəz, Şəki, Sumqayıt, Şəmkir, Samux, İsmayıllı, Kürdəmir, Zərdab, Sabirabad, Beyləqan, Lerik, Bərdə və Yardımlı şəhər-rayon polis şöbələrinə xidməti ezamiyyətə göndərilmişlər. Ezamiyyətlərin nəticələri nazirliyin rəhbərliyinin yanında geniş müzakirə olunmuş, xidməti fəaliyyətdə yol verilmiş nöqsanlara görə Şəki, Siyəzən, Sabirabad və Lerik şəhər-rayon polis orqanlarının narkotiklərlə mübarizə xidmətlərinin əməkdaşları intizam məsuliyyətinə cəlb edilmiş, Beyləqan, Bərdə, Şəki, Sabirabad, Kürdəmir, Siyəzən, Lerik, Samux və Zərdab rayon polis şöbələrinin əməliyyat işləri üzrə rəis müavinləri ciddi xəbərdar olunmuşlar. Yoxlama zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün ərazi polis orqanlarına həm də əməli köməkliklər göstərilmişdir.


 

 
 
Категория: Anti Narkomaniya | Просмотров: 1253 | Добавил: Farid_Admin | Рейтинг: 0.0/0 |
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ QEYDIYYAT | GIRISH ]
Хостинг от uCoz
Teqvim
«  Mart 2009  »
B.eÇ.aÇ.eC.aC.üSənBa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Istifadeci Paneli
Axtarish
Saytda son olanlar
Online

Saytda: 2
Qonag: 2
Istifadeciler: 0